Sürücü sərnişini bıçaqladı, həbs edildi – VİDEO

 

Sosial şəbəkələrdə sürücünün sərnişinə xəsarət yetirməsi ilə bağlı görüntülər yayılıb.

Globalinfo.az bildirir ki, hadisə Bakı-Sumqayıt şosesində baş verib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza bildirib ki, əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevə şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.

Zaira Akifqızı
Globalinfo.az