qazal

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda qəza baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə magistralın Zaqatala rayonunun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakinləri olan 2000-ci il təvəllüdlü Emil Qurbanovun və 1995-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi minik avtomobilləri toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarətlər alan E. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

yol
yol1
960795a2 cf0b 471e bd22 848ff878a30c
cea3e57f 8dd8 43f0 82da d7e2da952c83

Paylaş: