yas olum esas 1

Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri Sərfinaz Alı qızı Əliyeva vəfat edib.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, o, 1957-ci ildə Goranboy rayonun Xanqərvənd kəndində anadan olub.

1974-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1981-1982-ci illərdə Mingəçevir Birləşmiş Uşaq Xəstəxanasında pediatriya ixtisası üzrə internatura təhsili alıb.

1982-1990-cı illərdə Bərdə rayonu, Samux kənd xəstəxanasında həkim-pediatr vəzifəsində çalışıb. 1990-2010-cu illərdə Samux kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

2010-cu ildən etibarən Samux kənd tibb məntəqəsinin müdiri kimi fəaliyyətini davam etdirib. Sərfinaz Əliyeva Azərbaycan səhiyyəsinə verdiyi xidmətlərə görə tibb müəssisəsinin rəhbərliyi tərəfindən dəfələrlə təltif olunub.

Azərbaycanda tibb məntəqəsinin müdiri vəfat etdi

Paylaş: