Separatçıların vəkili Nikol Paşinyanı məhkəməyə verdi

Ermənistan Vəkillər Palatasının keçmiş prezidenti Ara Zohrabyan və separatçı qondarma rejimin “vəkillər palatasının prezidenti” Erik Beqlaryan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı inzibati məhkəmədə birgə iddia qaldırıblar.

Globalinfo.az xəbər verir ki, Ara Zohrabyan bunu avqustun 3-də keçirdiyi mtbuat konfransında açıqlayıb.

“İnzibati məhkəmədən Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı bəyanatının qanunsuz hesab olunmasını xahiş etmişik. Həmçinin Paşinyanın bu məsələdə hər hansı addım atmasının, yaxud sənəd imzalanmasının qadağan edilməsi tələbini də irəli sürmüşük”-deyə, Zohrabyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az