Separatçılar Qarabağ üçün yeni “formul” tapdılar

Keçmiş qondarma rejimin “Ardaruryun” partiyasının “rəhbərliyi” Ermənistanda qeyri-hökumət təşkilatı yaratmaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu QHT-yə separatçıların sabiq “deputatı” Metakse Akopyanın rəhbərlik edəcəyi bildirilir.

Məlumata görə, qondarma rejimin “parlament” və “partiyalarının” Ermənistanda yurisdiksiyası olmadığı üçün separatçılar bu yola əl atıblar. Onlar yeganə fəaliyyət göstərə və aktiv qala biləcəkləri vasitə olaraq QHT yaratmağa qərar veriblər. Bununla Ermənistan hakimiyyətinin qərarlarına da müəyyən qədər təsir göstərməyə çalışdıqları deyilir.

Ayşən Mustafa
Globalinfo.az