Separatçıdan etiraf: Vardanyanın dərdi Qarabağ deyil, başqadır…

“Qarabağ hazırda iki yerə bölünüb: mənimsədikləri pulları qorumağa çalışanlar və məsuliyyəti öz üzərlərinə götürənlər”.

Globalinfo.az xəbər verir ki, bunu separatçı saxta rejimin “partiya rəhbəri” Aik Hanumyan deyib.

Hanumyan bildirib ki, hazırkı və keçmiş “rəhbərlik” sərvətini qorumaq üçün hər şeyi edir:

“Onlar Qarabağın əldən çıxdığını artıq qəbul ediblər. Sadəcə, qeyri-qanuni yolla topladıqları sərvəti qorumağa çalışırlar. Ruben Vardanyanın da daxil olduğu bu qrup hazırda düşdüyümüz vəziyyətdən hər hansı çıxış yolu təklif etmir. Onlara bir tapşırıq verilib ki, “hakimiyyətdən” əl çəkməsinlər. Yoxsa mülklərini də itirə bilərlər. Bu şəxslər qanunsuz şəkildə qazanmağa və çirkli pullarını yumağa davam edirlər”.

“Bir də bizi düşdüyümüz vəziyyətdən çıxarmağa çalışan və məsuliyyəti öz üzərinə götürməyə hazır olan Samvel Babayanla ətrafındakılar var. O, qanunsuz yolla əldə edilən bu sərvətləri xalqa qaytaracaq. Bizim iki seçimimiz var və xilas olmaq istəyiriksə, Babayanı dəstəkləməliyik. Araik, Vardanyan və digərləri sərvətlərinin dərdindədirlər”, – Hanumyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az