SEPAH rəsmisindən etiraf: Rejimin yüksək səviyyəli rəsmiləri Xameneiyə qarşı çıxırlar – VİDEO

İranda rejimin yüksək səviyyəli rəsmiləri ölkənin ali dini lideri Əli Xameneiyə qarşı çıxırlar.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran İnqilabının Keşikçiləri Korpusu baş komandanının müşaviri Həmid Əbazari etiraf edib.

Onun sözlərinə görə, rejimin bir sıra birinci dərəcəli məmurları etirazların yatırılması və onlarla mübarizə məsələsində Xameneinin yanında deyil, qarşısında dayanıblar.