“İran ABŞ və İsrailə qarşı qisas əməliyyatının yeni mərhələsini elan edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumat yayıb.
“Əsl Vəd 4 Əməliyyatının 17-ci mərhələsi bir neçə saat əvvəl həyata keçirilib”, – deyə bəyanatda yazılıb.
Əməliyyatın yeni mərhələsində İİKK Aerokosmik Qüvvələrinin ABŞ və İsrail hədəflərinə qarşı 40-dan çox raketdən istifadə etdiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az