Şəmkirdə 2 yeniyetmə dəm qazından zəhərləndi

Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Göyməmmədli kənd sakini, 2009-cu il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cu il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.