Səhv etdim, baş nazir olan kimi deməliydim ki, Qarabağ…

Biz hakimiyyətə gələndə hədəfimiz ondan ibarət olmalı idi ki, mahiyyət etibarilə o emosional qavrayışın (Qarabağın) reallaşması mümkünsüzdür. Günah bizimdir ki, xalqımızla bu haqda danışmamışıq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda partiyasının iclasında çıxış edərkən deyib.

“Problem ondadır ki, mən özüm də bir neçə səbəbdən o praqmatik reallıqla barışa bilməmişəm. Anladım ki, emosiya və romantizm bir şeydir, reallıq və praqmatizm başqa şeydir. Bizə miras qalmış danışıqlar vəziyyəti, o vəziyyətdə irəliləyişin yolu təkcə ərazilərin təhvil verilməsi və s. deyil, həm də Dağlıq Qarabağda yaradılmış “dövlət”in ləğvi idi. Mən ilk dəfə İstintaq Komitəsində bu barədə çox dəqiqliklə danışdım”, – Paşinyan bildirib.

Paşinyan o vaxt deyil, “Dağlıq Qarabağ hadisələrindən sonra” daha sərbəst danışa bildiyi üçün təəssüflənib:

“Mən o vaxt demişdim ki, “Dağlıq Qarabağın hakimiyyəti” həmin anda “Dağlıq Qarabağ”ı ləğv etsə də, əslində bu proses 2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklərin nəticəsidir və qaçılmaz idi”.