Belə rəsmləri baş daşına vurmaq olmaz – İlahiyyatçı

Bu günlərdə sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də qəbir daşlarına müxtəlif şəkillərin vurulmasıdır. Bəzi məqamlarda mərhumun baş daşına maşın, hansısa əşya və ya ev heyvanının rəsmini vururlar. Bir çoxları bu addımın yanlış, islam dininə zidd olduğunu bildirir.

Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, ilahiyyatçı Əkrəm Həsənov bu addımın doğru olmadığını deyib.

Onun sözlərinə görə, sözügedən hal islam dininə də uyğun deyil:

“Ümumiyyətlə, məzara heyvan rəsmi vurmaq dinimizə görə, yanlış addımdır. Həmçinin, adət-ənənəmizə, milli-mənəvi dəyərlərimizə uyğun deyil. Belə rəsmləri dəyişmək lazımdır. Bənzər şəkillərin orada olması mərhuma da hörmətsizlikdir”.

Zaira Akifqızı
Globalinfo.az