Şəhidin anası vəfat etdi – FOTO

44 günlük Vətən müharibəsi şəhidi, Ağamid Ağacəfərlinin anası vəfat edib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, şəhidin anası Xatirə Adigözəlova bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Vətən müharibəsində böyük şücaət göstərən Ağamid dövlətimizin ərazi bütövlüyü uğrunda Füzuli döyüşlərində canından keçərək 24 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.

Şəhidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək orada torpağa tapşırılıb.

Ağamid Ağacəfərli ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.