Şəhid valideynləri ağac əkdilər – FOTOLAR

Göyçay Rayon Mərkəzi Xəstəxanasının həyətində şəhid ailələri ilə birgə ağacəkmə aksiyası keçirilib. 

Globalinfo.az bildirir ki, xəstəxananın direktoru Yaşar Əhmədov və şəhid valideynləri, eləcə də xəstəxananın tibbi heyəti tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasının həyətində şəhidlərin adına ağaclar əkilib.

Ərazidə təxminən 500-ə yaxın ağac əkilib və baxımı həyata keçirilib. Şəhid ailələri əkilən ağacların üzərinə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarının adlarını yazıblar.