Şəhid zabitimiz Surxay Noçuyev haqda sənədli film çəkildi – VİDEO

Vətən Müharibəsi qəhrəmanı, Şəhid zabit Surxay Noçuyev haqda Report İnformasiya Agentliyi hərbi sənədli film hazırlayıb.

Filmdə S.Noçuyevin keçdiyi döyüş yolu, peşəkarlığı, qəhrəmanlığı, Vətənpərvərliyi əks olunub.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ona “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra), “Vətən uğrunda” medalı (ölümündən sonra), “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.

Globalinfo.az həmin filmi təqdim edir:

Malik
Globalinfo.az