Şəhid atası olan həkim vəfat etdi – FOTO

vefat28129pagespeedceqlum18b5yb 1703346902 full 1

Birinci Qarabağ müharibəsinin şəhidi Əlfi Məmmədovun atası, həkim Məhəmməd Məmmədov 87 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

M.Məmmədovun xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Mərhum Ağcabədi rayonunda dəfn olunub.

Qeyd edək ki, Məmmədov Məhəmməd Mirzə oğlu 1938-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.

1964 -cü ildə Şamaxı Tibb Məktəbini bitirib. Uzun illər Ağcabədidə həkim kimi çalışıb.

Onun oğlu Əlfi Məmmədov 1993-cü il aprelin 24-də Xocavənd rayonunun Nərgiztəpə ərazisində gedən döyüşlərdə şəhid olub.

whatsapp image 2025 07 06 at 11.11.13 pm whatsapp image 2025 07 06 at 11.14.13 pm