sehid anasi 91

Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası Kifayət xanım dünyasını dəyişib.

Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.

Ölümündən sonra “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

1664278534 309378347 1062018941179111 799291538221748800 n
d2deb8edb5d3166e8b1914cd5972cd94

Paylaş: