Silah tasimak

27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə təşkil edilən terror hücumundan bir neçə gün keçsə də, müzakirə olunan məsələlərdən biri səfirliklərin təhlükəsizliyinin hansı formada təmin olunmasıdır.

Maraqlıdır, səfirlik əməkdaşları silah saxlamaq, gəzdirmək hüquqlarına malikdirlərmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan 1992-95-ci illərdə Azərbaycanın İrandakı səfirliyində təhlükəsizliyə məsul sabiq əməkdaşı, Qarabağ qazisi Səfər Turançı (Səfər Hümbətov) bildirib ki, səfirliyimizin təhlükəsizlik məsələsi birbaşa Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) səlahiyyətindədir.

O deyib ki, səfirliyimizin mövcud olduğu ölkənin təhlükəlilik dərəcəsinə görə səfirlik əməkdaşlarının silahla özünüqoruması təşkil oluna bilər:

“Ümumiyyətlə, səfirliyin də, səfirin də silahla qorunması praktikası mövcuddur. Belə məqamda Azərbaycan XİN səfirliyimizin mövcud olduğu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır. Həmin XİN də oranın Daxili İşlər Nazirliyinə bu barədə məlumat verir. Artıq orada silahların qeydiyyata alınması prosesi aparılır və səfirə üzərində silah gəzdirmək üçün xüsusi sənəd verilir.

Düzdür, bizim işlədiyimiz dövrdə silahla qorunma yox idi, amma Türkiyə səfirinin silahlı cangüdənlərlə qorunmasının şahidi olmuşam. Səfirin həyatı üçün təhlükə olduğundan həm səfirlik əməkdaşlarının, həm də səfirin silahla qorunması praktikası mövcuddur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: