tanker 11

Rusiyadan ABŞ-a dizel yanacağı daşıyan ilk tankerin oktyabrın 22-də yola düşəcəyi gözlənilir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Gəmi vasitəsilə 40 min ton yanacaq daşınacaq.

A.Novak bildirib ki, Moskva imkanları daxilində ABŞ-ın dizel yanacağına olan tələbatının ödənilməsinə töhfə verməyə hazırdır. Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞ-a əlavə tankerlərin də göndərilməsi planlaşdırılır.

Rusiya ilə ABŞ arasında yanacaq tədarükü məsələsi oktyabrın 9-da Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışığından sonra gündəmə gəlib. Həmin vaxt ABŞ Prezidenti Rusiyanın ölkəsinə və beynəlxalq bazarlara dizel yanacağı tədarük etməyə razılıq verdiyini açıqlamışdı.

Paylaş: