baki yeni 9

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Globalinfo.az xəbər verir ki, bu siyahıda xüsusilə aşağıdakı 5 tanınmışın adı diqqət çəkir

1.Fatih Ərbakan

Türkiyənin Yenidən Rifah Partiyasının sədri və millət vəkilidir. Siyasi fəaliyyəti və partiya rəhbərliyi ilə ölkə miqyasında tanınır.

2.Ahmet Çakar

Keçmiş FIFA referisi və televiziya şərhçisidir. Uzun illərdir Türkiyə idman mediasında çıxış edir və futbol ictimaiyyətinə yaxşı tanışdır.

3.Ömer Faruk Gergerlioğlu

Türkiyə Böyük Millət Məclisinin deputatıdır. Azərbaycana qarşı çıxışları ilə də tanınır.

4.Adem Özköse

Münaqişə bölgələrindən hazırladığı reportajlar, sənədli filmlər və kitabları ilə tanınan jurnalist və yazıçıdır.

5.Yusuf Kaplan

İslam düşüncəsi, mədəniyyət və siyasət mövzularında yazıları ilə tanınan jurnalist, müəllif və köşə yazarıdır.

Paylaş: