kk

Ermənistan parlamentində TRIPP layihəsinin müzakirəsi zamanı xarici işlər naziri Ararat Mirzoyanla deputat arasında mübahisə yaranıb.

Globalinfo.az xəbər verir ki, “Güclü Ermənistan” fraksiyasının deputatı Marianna Qahramanyan nazirdən layihə ilə bağlı Ermənistan qanunvericiliyində dəyişikliklərin nəzərdə tutulub-tutulmadığını soruşub.

Mirzoyan cavabında bildirib ki, sənəddə razılaşmadan irəli gələn qanunvericilik dəyişikliklərinin mümkünlüyü qeyd olunub:

“Əgər sənədi oxumuş olsaydınız, orada razılaşmadan irəli gələn qanunvericilik dəyişikliklərinin ola biləcəyi yazılıb. Üstəlik, həmin dəyişikliklərin layihəsi də dərc olunub. Siz parlamentin deputatı olaraq ona baxıb ürəyinizcə olub-olmadığını, Ermənistan üçün təhlükəli və narahatlıq doğuran dəyişikliklər, yoxsa texniki xarakterli düzəlişlər olduğunu görə bilərdiniz”.

Marianna Qahramanyan isə cavabında bildirib:

“Hökumətinizin ölkəmizin başına gətirdiyi üç müharibənin fəlakətli nəticələrindən və Qarabağın ermənilərsiz qalmasından sonra bundan daha dəhşətli bir şey təsəvvür etmək çətindir. Allah eləməsin, eyni şeyi Ermənistanın başına gətirsəniz, daha dəhşətli hadisə baş verə bilər”.

Mirzoyan isə deputatı kəskin tənqid edib:

“Bu, ilk ünsiyyətimizdir. Mən sizə qarşı çox dostyana münasibətdəyəm. Ancaq daha çox Daşnaksütyun və Robert Köçəryan tərəfdarı kimi görünməyə çalışmayın. Bu, sizdə çox pis alınır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: