bf192285 e60c 4779 b692 c86d1dc82dea

Yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər.

Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.

Araşdırmalar aparılır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: