1665067715.belarus devlet baskani lukasenko ulkede 15339798 2902 amp

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə daxilində qiymət artımını qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu qərar mal və xidmətlərin maya dəyərinə nəzarət etmək və qiymətlərin daha da artmasının qarşısını almaq məqsədilə qəbul edilib.

İyun ayında Lukaşenko bəyan etmişdi ki, ölkədə ərzaq məhsullarının bahalaşması seçkilərdən sonra formalaşan yeni hökumətin “zarafatı” ilə bağlıdır.

“Mən hiss edirəm ki, seçkilərdən sonra oyunbazlıqlar başlayıb. Bunu görürəm. İnsanlar mənə hər gün yazır”, – Lukaşenko vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: