Seçki bu gün keçirilsə, ruslar kimə səs verəcək? – Sorğunun nəticələri…

“Yaxın vaxtlarda seçkilər keçirilsə, rusların 75 faizi Putinə səs verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğunun nəticələrinə görə, rusiyalıların qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi 85 faizdir.
Respondentlərin 75 faizi isə seçkilərdə Vladimir Putinə səs verməyə hazırdır.

Qeyd edək ki, sorğuda 1600 Rusiya vətəndaşı iştirak edib. Respondentlərin 81 faizi seçkilərin keçirildiyi il və ayı düzgün bilib. Digər 4 faiz isə yalnız ili düzgün təxmin edib.

Sorğunun nəticələrinə görə, seçki fəallığı 76 faiz təşkil edəcək. Respondentlərin 62 faizi mütləq seçkidə iştirak edəcəyini açıqlayıb, digər 14 faiz isə böyük ehtimalla seçkilərə qatılacağını bildirib. Sorğu yanvarın 29-dan fevralın 4-dək keçirilib.

Məlumat üçün bildirək ki, Federasiya Şurası Rusiyada seçkiləri 2024-cü il martın 17-nə təyin edib. Rusiyanın Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün (15, 16 və 17 mart) davam edəcəyinə qərar verib. Beləliklə, bu, Rusiya tarixində ilk üç günlük prezident seçkiləri olacaq.

Əliyar Xəlil
Globalinfo.az