Mənim anlayışımda Türkiyə-Ermənistan münasibətləri… – Paşinyan

pasinyan 89

Ermənistan və Türkiyə münasibətlərinin nizamlanması zaman məsələsidir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Məsələ normallaşmanın olacağı deyil, nə zaman olacağıdır. Bu, sadəcə zaman məsələsidir. Biz də səbirlə buna doğru getməliyik, “zərərvurma” prinsipinə riayət edərək. Mənim anlayışımda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması zaman məsələsidir”, – o bildirib.

Aysel Əliyeva
Globalinfo.az