“Bu gün ABŞ və İsrailə qarşı daha ağrılı raket zərbələri endiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
O, İranın fevralın 28-də reallaşdırdığı hücumunu da xatırladıb.
“Dünən İran ABŞ və İsrailə raketlər atdı və onlara ziyan vurdu. Bu gün biz onlara əvvəllər heç üzləşmədikləri güclə zərbə endirəcəyik”, – Laricani qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az