Şarl Mişellə Paşinyan arasında telefon danışığı oldu

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Şarl Mişel “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Tərəflər Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.

“Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, – deyə Şarl Mişel yazıb.