Şarl Mişel İlham Əliyevdən bunu xahiş etdi

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa Birliyi arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Şarl Mişelin Prezident İlham Əliyevə prezident seçkilərində qələbəsi ilə bağlı bugünkü telefon zəngi haqda yayılan məlumatda bildirilib.

Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini vurğulayıb.