
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş qarşıdakı yoldaşlıq görüşlərində uğursuz nəticə təqdirində istefaya göndəriləcəyinə dair xəbərlərə münasibət bildirib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis belə bir probleminin olmadığını açıqlayıb.
“Bilmirəm nə cavab verim. Bu məsələ ilə AFFA rəhbərliyi məşğuldur”, – deyə Santuş gülümsünərək cavab verib.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya, iyunun 10-da evdə Macarıstanla qarşılaşacaq.