Samuxda 17 yaşlı oğlan intihar etdi

Samuxda 17 yaşlı oğlan intihar edib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.

2007-ci il təvəllüdlü Rəhimli Nurlan Təbiz oğlu yaşadığı evdə özünü asıb.

Yeniyetmənin  hansı səbəbdən intihar etməsi məlum deyil. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Faktla bağlı araşdırma aparılır.