Şəhid zabitimiz dəfn olundu – YENİLƏNİB

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan, ötən gün vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlu dəfn olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, zabit anadan olduğu Salyan şəhərində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Bağırov Ülvi Hənifə oğlu aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Antiterror əməliyyatında ağır yaralanan, ötən gün vəfat edən zabit Salyanda dəfn olunub - FOTO

Antiterror əməliyyatında ağır yaralanan, ötən gün vəfat edən zabit Salyanda dəfn olunub - FOTO

Antiterror əməliyyatında ağır yaralanan, ötən gün vəfat edən zabit Salyanda dəfn olunub - FOTO

***11:10

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov dünən müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Globalinfo.az bizim.media-ya istiadən xəbər verir ki, hazırda şəhid Ülvi Bağırovun yaşadığı evdə (Salyan şəhəri, Axundov küçəsi) vida mərasimi keçirilir.

Onun saat 11:00-da Salyan şəhər Şəhidlər xiyabanında dəfn ediləcəyi bildirilir.