Salyanda dəhşətli hadisə: İki hərbçi öldü

Salyanda iki hərbçi dəm qazından boğularaq ölüb.

Globalinfo.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Davud Qabil oğlu Ələkbərzadə və Neftçala sakini, 1995-ci il təvəllüdlü Urufət Oruc oğlu Ağamməmmədovdur.

Məlumata görə, onlar rayon ərazisindəki hərbi hissələrin birində xidmət edirmiş.

Dünyasını dəyişənlər eyni evdə kirayədə yaşayıb.

Qonşunun sözlərinə görə, onlar yaşadıqları evə yeni köçübmüş.