Salyanda avtomobil aşdı: bir ailənin dörd üzvü…

Salyan rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində bir ailənin dörd üzvü – rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Abışova Gülşən Davud qızı, 1988-ci il təvəllüdlü Abışova Xanım Yusif qızı, 2010-cu il təvəllüdlü Abışzadə Eşqin Emil oğlu və 1988-ci il təvəllüdlü Abışov Emil Həsrətddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.