Deyəcəklərim Ermənistanı təhlükəyə atacaq – Şahramanyan

“Sizə deyəcəklərim həm “artsax”, həm də Ermənistanın gələcəyi üçün böyük təhlükələri özündə birləşdirir”.

Globalinfo.az xəbər verir ki, bunu artıq ləğv edilmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan İrəvandakı nümayəndəlik binasına hücum edən ermənilərə müraciətində deyib.

“Hər birinizlə tək-tək görüşməyə və təfərrüatları açıqlamağa hazıram. Lakin anlamaq lazımdır ki, həm “artsax”, həm də Ermənistan çox çətin vəziyyətdədir. Hər yanlış söz və hərəkət gözlənilməz nəticələrə gətirib çıxara bilər. Hamımız son dərəcə çətin vəziyyətdəyik, burada olanlar vəziyyəti daha da qəlizləşdirirlər. Bizim başqa vətənimiz – Ermənistan Respublikası var, onu təhlükəyə atmağa haqqımız yoxdur”, – Şahramanyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az