sahin tagiyev

“Şahin Tağıyev Qarabağ işğaldan azad edildikdən sonra Bakıya iki dəfə gəlib: 2022 və 2024-cü illərdə. 2022-ci ildə yayında gəlmişdi və bizim bağ evində qalırdı”.

Bu sözləri Globalinfo.az-a sabiq hakim, Milli Qəhrəman Şahin Tağıyevin dayısı oğlu Vidadi Mirkamal deyib.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycana səfəri zamanı arzusunda olduğu Şuşaya, Tərtərə və vaxtilə döyüşdüyü ərazilərə də getmişdi:

vidadi mirkamal 2

Vidadi Mirkamal

“Lakin artıq nitqində müəyyən problemlər müşahidə olunurdu. Təxminən bir il əvvəl oğlu bildirdi ki, vəziyyəti ağırlaşıb və həkim nəzarətindədir. Daha sonra isə reabilitasiya mərkəzinə yerləşdirildi”, – o bildirib.

V.Mirkamal qeyd edib ki, Ş.Tağıyev əvvəlcə Moskvaya, oradan isə 2002-ci ildə İsveçə köçüb:

“Müəyyən vəzifəli şəxslər onu dəvət edib iş vəd etmişdilər, lakin sonradan xəbər çıxmadı. O da İsveçə getdi. 2014-cü ildə onunla görüşmüşdük, vəziyyətindən razı idi. Oğlu Rövşən və qızı Nigar yanında idi. Qızı da İsveçdə ali təhsil alıb və hazırda həkim kimi fəaliyyət göstərir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: