Sabunçuda yanğın – xəsarət alan var

Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahəyə yığılan ev əşyaları 8 m² sahədə yanıb.

Bu barədə Globalinfo.az-a a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;