Sabunçuda yanğın oldu – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Ə.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m. olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 30kv.m. sahədə və mətbəxi 9 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.