4a51b66a 1040 4f0a aa6d 94bc6a555f0c

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində baş vermiş terror aktı ilə əlaqədar Türkiyənin Aktau şəhərindəki Baş konsulu Sabri Alptekin və əməkdaşları, azərbaycanlı iş adamları, diaspora fəalları, qazax ictimaiyyətinin üzvləri və azərbaycanlı gənclər Baş konsulluğa gələrək, xain terror hücumu nəticəsində şəhid olmuş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı vermiş, terror hadisəsini qəti qınayaraq bu terror aktının arxasında olanların cəzalandırılmasını tələb ediblər”.

Bu barədə Globalinfo.az-a Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan konsulluğundan məlumat verilib.

Məlumata görə, Türkiyənin Baş konsulu Sabri Alptekin terror hadisəsinin Türkiyə dövləti tərəfindən şiddətlə qınanıldığını bildirmiş, şəhid olmuş Orxan Əsgərova rəhmət, yaralananlara Allahdan şəfa diləmiş və Azərbaycan dövlətinin daim yanında olduqlarını qeyd etmişdir:

“Bu hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Xarici İşlər Naziri Mövlüt Çavuşoğlunun və digər rəsmilər Prezident İlham Əliyevə, eləcə də xarici işlər naziri Ceyhun Bayrama zəng edərək, kədərimizə şərik olduqlarını bildirib və terroru dəstəkləyənlər tarixin heç bir dövründə çirkin məqsədlərinə çatmayacaqlarını qeyd edərək, qardaş Azərbaycanın yalnız olmadığını və bundan sonra da hər zaman yanlarında olacaqlarını vurğulayıb. Sonra Türkiyə Respublikasının diplomatlarına qarşı törədilən terror hadisələri barədə məlumat verərək, Azərbaycan Respublikasının regionda və dünyada iqtisadi-hərbi qüdrəti ilə söz sahibinə çevrilməsinin kənar qüvvələr tərəfindən qəbul edilmədiyini qeyd edib. Bu səbəbdən də, bu cür xain terror hadisələrini törətməklə iç üzlərini göstərməyə çalışdıqlarını bildirib.

Daha sonra “Qazaxıstan-Azərbaycan Dostluq” cəmiyyətinin sədri Şəmsəddin Hüseynov və professor Zakir Əkbərov çıxış edərək terror hadisəsini pisləyib, şəhid olan Orxan Əsgərova Allahdan rəhmət diləyərək, bu hadisənin təkcə Azərbaycan xalqına deyil, bütün türk dünyasına qarşı törədildiyini bildiriblər.

Sonda Baş konsulun vəzifəsini icra edən Elçin Məmmədov qonağlara dərdimizə şərik olaraq Baş konsulluğa gəldikləri üçün təşəkkürünü bildirib və Türkiyənin Baş konsulu cənab Sabri Alptekinin dərhal konsulluğa gələrək ölkəmizə baş sağlığı verməsinin dostluq və qardaşlığın, “iki dövlət bir millət” ifadəsinin sözdə deyil, əməldə olmasının bariz nümunəsi olduğunun bir daha sübut etdiyini vurğulayıb.

Eyni zamanada Baş konsulluğun inzibati binasının müvafiq radiuslar üzrə gücləndirilməsi məqsədilə, Mangistau vilayətinin akimliyinə və polis idarəsinə müraciət olunub. Nəticədə polis postlarında mühafizə əməkdaşlarının sayı artırılıb və təhlükəsizlik ciddi nəzarətə götürülüb”.

a3c3e9ec 7fd2 420a 88c3 4bff20e31f6e b9d37524 d375 4235 ac71 623771e70f24 c924be0c 1013 4b2e 8f26 3124b5a4e5bd 1b3b172f fa5a 4e75 a4e2 974c3a00ce81 4a51b66a 1040 4f0a aa6d 94bc6a555f0c b5effb77 b90c 4948 bf5d ae069184da80 b0785920 036d 4621 a5b5 f936fb2e9d66

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: