Sabir Rüstəmxanlı torpaq qalmaqalına aydınlıq gətirdi

“Neftçala rayonunda mənim bir nəfərə güya xüsusi himayədarlıq göstərərək, onun qeyri-qanuni şəkildə 100 ha torpaq sahəsi götürməsinə kömək etməyim barədə sosial mediada əsası olmayan bir xəbər gördüm. Neftçala camaatına və bütün oxuculara bildirirəm ki, bu məlumat ağ yalandır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

Bildirib ki, onun sözügedən məsələyə heç bir aidiyyəti yoxdur:

“Seçicilərimdən aldığım müraciətlərə, şikayətlərə baxmaq mənim borcumdur və imkan daxilində onların problerinin ədalətlə həll olunmasına çalışıram. Amma heç kimə xüsusi himayədarlıq etmirəm. Neftçalada bir kvadratmetr torpağım və ya hər hansı kommersiya marağım yoxdur. Bu barədə düşünmürəm də! Millət vəkili seçilərkən neftçalalılara verdiyim vədlər vardı, onları yerinə yetirirəm. Xahiş edirəm, məni rayondakı münaqişələrə qatmasınlar”.

Zaira Akifqızı
Globalinfo.az