erdogan nato liderler zirvesi 2023 2075377

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak edən liderlərə xüsusi hədiyyə təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki,dövlət başçılarına üzərində adları həkk olunmuş xüsusi istehsal revolverlər və bir qutu patron verilib. Hədiyyələrin ölkələrə aparılması üçün tələb olunan ixrac sənədləri də liderlərə təqdim olunub.

Bununla belə, Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsində silah idxalı ilə bağlı qüvvədə olan qanunvericilik səbəbindən revolveri özü ilə apara bilməyib.

Sözügedən hədiyyə dünya mediasında, o cümlədən liderlər arasında da təəccüblə qarşılanıb.

ekran goruntusu 2026 07 09 082513

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: