dunya savasi

Planet Üçüncü Dünya savaşı ərəfəsindədir.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski “Polsat Nyus”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı başlatdığı aqressiya dünyada bir epoxanı bitirdi və yerinə naməlum dövr başlatdı:

“İndi bir tərəfdə əlində Belarusu tutan Rusiya, digər tərəfdə isə ABŞ Prezidenti Baydenin liderliyindəki vahid Qərb var. Üstəlik, Tayvana iddia edən Çin də mövcuddur. Pekin hələlik Rusiya zəifləyənə qədər gözləyəcək, çünki zəif qonşu onlar üçün yaxşı xəbərdir. Bir sözlə, dünya təhlükəli xaos dönəmi ərəfəsindədir. Üçüncü Dünya müharibəsinin başlanması barədə faktdan bəhs edilməsi belə insanı dəhşətə salır”.

Kvasnevski həmçinin Ukraynanın Kremlin şərtləri ilə sülhə gedəcəyinə inanmadığını bildirib. O Rusiyanın da təslim olmayacağını söyləyib:

“Rusiya uduzmalıdır, amma o bütün hallarda mövcudluğunu davam etdirəcək. Ona görə də Moskvanın zəifləməsi önəm kəsb edir”.

Paylaş: