Fidan

TürkiyəAzərbaycan münasibətləri sarsılmaz bağlarla bir-birinə bağlıdır”.

Globalinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Hakan Fidan bildirib ki, münasibətlər “tək millət, iki dövlət” şüarı ilə inkişaf edir:

“Türkiyə-Azərbaycan əlaqələrində iqtisadi sahə əsasdır. İki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması üçün iş aparılır. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da dərinləşib”.

Nazir səfərinin Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə üst-üstə düşdüyünü qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: