Sabiq deputat BŞİH-i məhkəməyə verdi

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. 

Globalinfo.az news24.az-a istinadən bildirir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Qeyri-hökumət təşkilatı Bakı meriyasını torpaq münasibətləri üzrə mübahisələrə görə məhkəmədə iddia qaldırıb.

Xatırladaq ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti sabiq deputat Elxan Süleymanovdur.