sened 12

Azərbaycanda şəhid anası və şəhid oğlu məktəb direktoru təyin olunub.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev müvafiq əmri imzalayıb.

Qərara əsasən, Zəngilan rayon 11 nömrəli tam orta məktəbin tarix müəllimi Zeynalov Camal Dadaş oğlu Zəngilan rayon 23 nömrəli tam orta məktəbə, Zəngilan rayon 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Aygün Məmməd qızı isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, C.Zeynalovun atası Dadaş Zeynalov Qarabağ müharibəsində, 1993-cü ildə Zəngilan şəhəri ərazisində, A.Məmmədlinin oğlu Müşfiq Orucov isə Aprel döyüşlərində, 2016-cı ilin aprel ayında Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

50b0093a 28da 4561 ba69 aed957fe6b76WhatsApp%20Image%202022 10 26%20at%2013 28 30%20(1)

Paylaş: