Rza Rzayev həbsindən şikayət verməyib – Səbəb

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin həbsi ilə əlaqədar Ali Məhkəməyə hələ şikayət verilməyib.

Globalinfo.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında R.Rzayevin vəkili Səlahəddin Cəfərov deyib.

“Bununla bağlı Apelyasiya Məhkəməsinin qərarı sistemə hələ daxil edilmədiyi üçün Ali Məhkəməyə müraciət edə bilməmişik. Qərar sistemə yerləşdirilikdən sonra müraciət edəcəyik”, – deyə vəkil bildirib.

Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.