Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev vəfat edib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Ailə üzvlərinin verdiyi məlumata görə, xalq rəssamı bir neçə saat əvvəl yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Nazim Bəykişiyev 1948-ci ildə anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında işləyib. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışıb.
Allah rəhmət eləsin.