putin kagiz

Rusiyada əhali arasında ölkə Prezidenti Vladimir Putinə etimad səviyyəsi artıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatında bildirilir.

Məlumata görə, yanvarın 23-dən 29-na qədər Putinə etimad səviyyəsi 0,7% bəndi artaraq 79,2% təşkil edib. Putinin fəaliyyətinə olan etimad səviyyəsi isə 0,2% bəndi artaraq 75,7% olub.

Sorğu sözügedən tarixlərdə yetkinlik yaşına çatmış 1,6 min rusiyalı arasında keçirilib.

Paylaş: