Rusiyaya sərt çağırış: “Sizi gözləyirik, dərhal edin!”

tusk 1

“Sülh danışıqlarına başlamaq üçün Rusiya 30 günlük atəşkəsə razı olmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

“Çağırışımıza cavab olaraq ruslar mayın 15-dən sülh danışıqlarını təklif etdilər. Lakin dünya dərhal və qeyd-şərtsiz atəşkəslə bağlı dəqiq qərar gözləyir”, – baş nazir bildirib.

O əlavə edib ki, Ukrayna döyüşləri dayandırmağa hazırdır və baş verənlərdən çoxlu sayda insan əziyyət çəkib.

Əliyar Xəlil
Globalinfo.az