ano

Rusiya ilə sərhədin bağlanması Finlandiya vətəndaşları və ölkə iqtisadiyyatı üçün fəlakətə çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyaya köçmüş, Finlandiya parlamentinin sabiq deputatı və “Hakimiyyət xalqa məxsusdur” partiyasının banisi Ano Turtiaynen deyib.

Keçmiş deputatın sözlərinə görə, sərhədin bağlanması üçün göstərilən bütün səbəblər “bəhanə və təxribatdan” ibarətdir.

“Belə qərarlarla bağlı göstəriş Qərbdən gəlir. Finlandiya Qərbin marionet dövlətidir”, – deyə Turtiaynen bildirib.

O əlavə edib ki, əgər rusiyalılar indi Finlandiyaya səfər etsələr, ölkədəki vəziyyəti görüb məyus olacaqlar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: