“Rusiya İrəvanla Moskvanın TRIPP layihəsində mümkün iştirakının parametrlərini müzakirə etməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya açıqlamasında deyib.
“Tramp Yolu” layihəsi ilə bağlı mövqeyimizi qoruyub saxlamışıq. Ermənistan-ABŞ təşəbbüsünün təfərrüatları hələ də öyrənilməlidir. Layihənin parametrlərini və zərurət yaranarsa, Rusiyanın bu və ya digər şəkildə mümkün iştirakını müzakirə etmək üçün İrəvandakı tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq”, – deyə o bildirib.
Qaluzin xatırladıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2038-ci ilə qədər Rusiya Dəmir Yollarının törəmə müəssisəsinin idarəçiliyindədir və Rusiya sərhədçiləri İranla sərhəddə yerləşdirilib: “Bu şəraitdə tərəfdaşlarımızın Rusiyasız keçinə bilməyəcəyi aydındır”.
Əliyar Xəlil
Globalinfo.az