Qazaxıstandan sülh açıqlaması: “Rusiyanın iştirakı olmadan…”

Qazaxıstan Ermənistan və Azərbaycan arasında sülh prosesinə kömək etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki. bunu Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.

“Qazaxıstan dünya nizamına təsir edən bütün proseslərdə kömək etməyə hazırdır. Bu, təkcə Rusiya və Ukrayna münaqişəsinə yox, həm də Suriya, İran, Ermənistan və Azərbaycan məsələlərinə də aiddir. Biz sözsüz ki, platforma təqdim etməyə, müəyyən şərait yaratmağa hazırıq”.

Səfirin sözlərinə görə, indi müxtəlif təşəbbüslər var. Lakin Rusiyanın iştirakı olmadan bu proseslər mümkün deyil.

“Əlbəttə, bu məsələlərdə Rusiyanın fikri həmişə nəzərə alınmalıdır. Bütün münaqişələrin həlli üçün danışmağa başlamaq çox vacibdir. Bu, insanların anlaşmaya başladığı ilk addımdır. Əgər danışıqlar aparılmırsa, deməli nəticə də olmayacaq. Qazaxıstan beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsi çərçivəsində bütün proseslərin həyata keçirilməsinə hazırdır. Bizim mövqeyimiz ortadadır”, – deyə o vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az